Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Oktyabr 2013

“15-20 il işləmiş məktəb direktoru dərhal işlərindən azad olmalıdır”

Son günlər mətbuatda və sosial şəbəkələrdə 5 oktyabr Müəllimlər günü ilə bağlı ayrı-ayrı təhsil müəssisələrində valideynlərdən pul yığılması ilə bağlı məlumatlar yayılır. Mikayıl Cabbarovun sözlərinə görə, təhsil müəssisələrində neqativ hallarla mübarizə konkret günlərlə yox, kompleks şəkildə aparılır.

Bu məsələyə Deyerler.Org-da münasibət bildirən təhsil-eksperti Etibar Əliyev dedi ki, məktəb müəllimlərinə sərbəstlik verilməlidir ki, öz fikirlərini rahat şəkildə söyləsinlər: “Təhsil naziri müsahibələrində dəfələrlə qeyd etmişdi ki, bu kimi hallarla nazirliyə müraciət olunarsa, müəllim və məktəb direktoru dərhal vəzifələrindən uzaqlaşdırılacaq. Amma görünür bu müraciətlər bütün məktəblərdən gəldiyindən, bunun mümkünsüzlüyünü görüblər və köklü dəyişiklik etmək istəyirlər.

Təhsil Nazirliyi köklü dəyişkiliyə 15-20 il işləmiş məktəb direktorlarını vəzifələrindən azad etməklə başlamalıdır. Burada yeni bir Amerika kəşf etməyə ehtiyac da yoxdur. Təhsilin keyfiyyəti, orta məktəblərdə baş verən dəyişikliklər, gizlin müəllim və şagird sorğuları əsas ola bilər ki, məktəb direktorları işlərindən kənarlaşdırılsın. Sonra isə məktəb kollektivi özünə direktor seçməlidir. Əgər kollektiv özünə direktor seçə bilmirsə, məktəblərdəki korrupsiya halları kəskin surətdə davam edəcəkdir.

Valideyinlərin məktəbdəki proseslərə vicdanlı qoşulmalıdır. Məktəb müəllimlərinə sərbəstlik verilməlidir ki, öz fikirlərini rahat şəkildə söyləsinlər. Misir Mərdanov məktəblərdə kazarma üsul idarəçiliyi formalaşdırmışdı. Heç bir müəllim öz fikrini rahat deyə bilmirdi. Əks halda dərhal tutduğu vəzifədən uzaqlaşdırılırdı. Bu proses yenə də davam edir”.
2179 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...