Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Sentyabr 2014

Əli Kərimli Ramiz Mehdiyevin etiraflarından yazdı

AXCP sədri KİV rəhbərləri ilə müşavirənin elan olunmamış məqsədlərini xalqa çatdırır

AXCP sədri Əli Kərimli Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin KIV rəhbərləri ilə müşavirəsinə münasibət bildirib. O, fikirlərini Facebook səhifəsində paylaşıb. AXCP sədrinin yazdıqlarını təqdim edirik:

Müşavirədə mürgüləyənləri üzrlü sayın

Uzun fasilədən sonra Ramiz Mehdiyev KIV rəhbərləri ilə xeyli maraqlı müşavirə keçirib. Düzdür, dünən müşavirədən yayılmış şəkillərdən görünürdü ki, tədbir zamanı iştirakçıların əksəriyyəti mürgüləyirmiş. Ona görə də mənim müşavirəni maraqlı adlandırmağım çox güman ki, sizi təəccübləndirdi. Amma təəccüblənməyə tələsməyin. Ilk baxışda ziddiyyətli görünən fikirlərin izahatı var. Əvvəla, müşavirə iştirakçılarının xeyli hissəsi hökumətin tapşırığı ilə ”xalq düşmənləri"nin ifşası ilə gecə-gündüz demədən elə ürəklə çalışırlar ki, gecələr yatmağa vaxtları olmur. Ona görə də onların müşavirə zamanı mürgüləməsi üzrlü sayılır. Ikincisi, biz Ramiz Mehdiyevin müşavirədə dediklərinə tədbir iştirakçılarından fərqli bucaqdan baxırıq. Onlar üçün nələrin deyildiyi, bizim üçün isə niyə deyildiyi maraqlıdır. Beləliklə, Ramiz Mehdiyev müşavirədəki çıxışında əslində, ciddi etiraflar etmiş oldu.

Hakimiyyətin media ordusu azadlıq qalalarına qarşı

Ramiz Mehdiyevin dediyinə görə, ölkədə 40-a yaxın gündəlik, 200-dən artıq həftəlik və aylıq qəzet, 100-ə yaxın jurnal, 52 televiziya və radio kanalı, 30-a yaxın informasiya agentliyi, 300-dən artıq aktiv internet informasiya resursu fəaliyyət göstərir. Düzü, çox olduqlarını bilirdim, amma bu qədər çox olduqlarını bilmirdim. Bunlar neft pulları hesabına əməlli-başlı mətbuat ordusu yaradıblarmış ki. Amma yenə də narahatdırlar. Çıxışdan belə məlum olur ki, bu qədər informasiya resursunun tam əksəriyyətinə nəzarət etsə də, hökumət başa düşür ki, ictimai rəyə təsir baxımından “Azadlıq” qəzetinə, “Azadlıq” radiosuna və bir neçə digər müstəqil mətbuat orqanına uduzur. Ona görə də bu müşavirəni başda “Azadlıq” qəzeti və “Azadlıq” radiosu olmaqla, “müstəqil mətbuatın hələ də fəth olunmamış qalalarına qarşı səfərbərlik müşavirəsi” də adlandırmaq olar.

Pərdə qalxdı, kimin kim olduğu rəsmən bəyan edildi

Məlum olur ki, zahirən özlərini tox tutmağa çalışsalar da, əslində, beynəlxalq təşkilatların günü-gündən artan və kəskinləşən hesabatlarından, dünyanın nüfuzlu mətbuat orqanlarının rejimi ifşa edib, bunları dünyaya olduğu kimi təqdim edən yazılarından çox narahatdılar.

Məlum oldu ki, avqustun əvvəllərində cəbhədə düşmən tərəflə atəşkəs pozulan günlərdə informasiya savaşını olduqca yarıtmaz apardıqlarını özləri də başa düşüblər. Anlayıblar ki, “hər sayt bir rayon alsın” tipli yalan, saxtakarlıq, hay-küyçülük üzərində qurulmuş müharibə təbliğatı əks effekt verib. Indi hökumət həmin mətbuat orqanlarını tənqid etməklə, onlarla arasında məsafə saxlamaq istəyir.

Ramiz Mehdiyev bu müşavirə ilə bilmirəm bilərəkdən, yoxsa bilməyərəkdən aşkarlığa xidmət etmiş oldu. Azərbaycan mətbuatı həmişə belə olmayıb axı. “Turan”ın araşdırmasına görə, məsələn, 1998-ci ildə ölkə mətbuatının əksəriyyəti müstəqil və ya müxalif mövqeli idi. Sonra hökumət illər ərzində bir tərəfdən müstəqil mətbuatı sıxışdırmaq, digər tərəfdən də nələrinsə müqabilində ələ almaq siyasəti apardı. Beləcə, onlarla KIV redaktoru ilə birlikdə yönümünü dəyişib hökumətyönümlü oldu. Amma hələ son vaxtlara qədər Prezident Administrasiyasından gizlicə təlimat alan bir çox mətbuat orqanlarının rəhbərləri ictimaiyyət arasında özlərini müstəqil mətbuatın təmsilçisi kimi təqdim edirdilər. Onlara desəydin ki, siz Ramiz Mehdiyev tərəfindən təlimat alıb belə yazırsız, atılıb adama dəyərdilər. Indi Ramiz Mehdiyev özü onları bir yerə toplayıb, tapşırıqlarını verdi. Pərdə qaldırıldı. Kimin kim olduğu cəmiyyətə rəsmən bəyan edildi. Bu məsələdə artıq sual qalmadı.

Ramiz Mehdiyev müxalifətdən nə istəyir?

Ramiz Mehdiyev bu müşavirədə müxalifətdən, vətəndaş cəmiyyətindən, müstəqil mətbuatdan hökumətin nə istədiyini də açıqlamış oldu. Son vaxtlar daha da artmış repressiyaların da səbəbini özünəməxsus şəkildə açıqlamış oldu. Repressiyaların davam edəcəyinin anonsunu vermış oldu. Bizim hamımızın susmağımızı, ya da onların istədiyi kimi danışmağımızı istəyirlər. Bizə söz çatdıra bilmədiklərinin fərqindədirlər. Deyirlər ki, ya susun, ya da üzərinizə qoyulacaq yarlık hazırdır. “Ilham Əliyevin uğurlu daxili və xarici siyasəti”ni görməyənlər nə az- nə çox “Azərbaycan xalqına qarşı düşmənçilik və milli xəyanətdə” ittiham olunacaq.

Diktaturanın buynuzu olmur ki. Bunun nəyi 37- ci il ritorikası deyil? Indi gördünüzmü, xalqımız necə cəsur xalqdır ki, belə bir rejim 21 ildir ki, onu dönə- dönə əzsə də, məğlub edə bilmir, susdura bilmir. Bilməyəcək də./azadlıq/
1227 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı
28.11.16, 18: