Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Sentyabr 2014

“Rusiya qaydalar kitabını cırıb”

Obama və Kemeron birgə məqalə yazdı

Sentyabrın 4-ü, Uelsin paytaxtı Kardiffdə NATO-nun ikigünlük sammiti başlayan gün “Tayms” qəzetində ABŞ prezidenti Barak Obama və Böyük Britaniyanın baş naziri Devid Kemeronun birgə məqaləsi dərc olunub. Obama və Kemeron məqalədə İraqda və Ukraynada vəziyyətin dünya üçün ən başlıca təhlükələr olduğunu yazırlar.

Siyasi liderlərin fikrincə, Rusiya Krımı özünə birləşdirməklə qaydalar kitabını cırıb: “Biz Şərqi Avropada ordumuzun daim qalmasını təmin etməliyik. Rusiya bilməlidir ki, Şimali Atlantika Müqaviləsinin 5-ci maddəsinə əsaslanıb kollektiv özünümüdafiə öhdəliklərimizə həmişə əməl edəcəyik”.

Obama və Kemeron məqalədə NATO-ya üzv digər ölkələri müdafiə xərclərini artırmağa çağırırlar.

Siyasətçilər İraqdakı İŞİD terror təşkilatına qarşı mübarizənin zəruri olduğunu da vurğulayırlar. Onlar İraqda bütün dini kəsimləri birləşdirən hökumətin qurulmasını təklif ediblər./Media forum/
1010 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
Go to TOP