Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Sentyabr 2014

Krım heç vaxt Rusiya ərazisi kimi tanınmayacaq

Rasmussen: Krım heç vaxt Rusiya ərazisi kimi tanınmayacaq

NATO-nun baş katibi Anders Foq Rasmussen bəyan edib ki, Krım Rusiyaya qanunsuz birləşdirilib və o heç zaman Rusiya ərazisi kimi tanınmayacaq. Bu barədə NATO-nun baş katibi Uelsde keçirdiyi mətbuat konfransında bildirib.

“Rusiya Ukraynaya qarşı təcavüzkar əməllərinə son qoymalıdır. Krımın birləşdirilməsi tanınmır və tanınmayacaq, çünki ərazilərin zorla alınması yolverilməzdir”, deyə Rasmussen qeyd edib.

Bundan əvvəl Rasmussen Moskvadan Rusiya qoşunlarını Ukrayna ərazisindən çıxarmağı və etirazçılara yardım göstərməyə son qoymağı tələb edib./apa/
886 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 11:59