Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Sentyabr 2014

Türkiyədə “İslam Dövləti” qruplaşmasının 19 üzvlü həbs olunub

Türkiyənin Qaziantep əyalətində “İslam Dövləti” qruplaşmasının üzvləri həbs olunub.

“RİA Novosti”nini verdiyi xəbərə görə, bu barədə “CNN Türk” telekanalına müsahibəsində əyalət valisi Erdal Ata bildirib.

“Bizim əyalətdə həbs olunanlar var, onlar barəsində istintaq tədbirləri aparılır. Terrorçuluq fəaliyyətinə başlamayan şəxslər vətəninə göndərilir, qalanları isə istintaqa cəlb olunub. Ümumilikdə, 19 nəfər həbs olunub”, deyə vali bildirib.

Onun sözlərinə görə, saxlanılan və həbs olunan şəxslər arasında Avropa və Qafqaz ölkələrindən Türkiyəyə gələn şəxslər də var: “Onlar aeroportda və ya sərhəddə saxlanılır”, deyə Ata bildirib.
924 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı