Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Noyabr 2013

Ölülərin plastik kartlarına pul köçürülürmüş

Vəfat etmiş şəxslərin plastik kartlarına vəsait köçürüldüyü üzə çıxıb

Baş Prokurorluğun mətbuat xidmətinin məlumatına görə, Neftçala Rayon İcra Hakimiyyəti başçısının Tatarməhlə inzibati ərazi vahidliyi üzrə nümayəndəliyinin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri üzə çıxıb.

Korrupsiyaya Qarşı Mübarizə İdarəsində aparılan araşdırmalar zamanı bəlli olub ki, nümayəndəliyin vəzifəli şəxsləri vəfat etmiş şəxslərin adlarını dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək yardım siyahılarına daxil edib, onların plastik kartlarına vəsait köçürülüb. O da bilinib ki, vətəndaşların mülkiyyətində və icarələrində olan torpaq sahələri barədə müvafiq təsdiqedici sənədlər olmadığı halda becərilmiş əkin yerlərinin sahələrinin sənədlərdə süni surətdə şişirtməklə əlavə yardım məbləğləri hesablanaraq ödənilib.

Dövlətə 53.4 min manat məbləğində ziyan vurulmasında şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə cinayət işi başlanıb.
1806 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 09:11