Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Sentyabr 2014

Nəqliyyat müfəttişləri sürücü ilə əlbəyaxa oldu

Bakıda sürücü ilə nəqliyyat müfəttişləri arasında əlbəyaxa dava olub.

Hadisə metronun Neftçilər stansiyası yaxınlığında baş verib.

Nəqliyyat Departamentinin əməkdaşları ərazidə dayanmağa icazəsi olub-olmadığını öyrənmək üçün Tural adlı taksi sürücüsündən sənədlərini tələb ediblər.

Bu zaman mübahisə yaranıb və qarşıdurma olub. Nəticədə xəsarət aldığını iddia edən müfəttişlərdən biri polisə şikayət edib.

Sürücü polisə aparılıb, ondan izahat alınıb və sərbəst buraxılıb. Ancaq onun idarə etdiyi “Mersedes 190” markalı 10 KE 190 dövlət nömrə nişanlı avtomobil Nizami Rayon Polis İdarəsinin 25-ci polis bölməsinin həyətində saxlanılır. /axar/
1081 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...