Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Sentyabr 2014

Leyla Yunusdan Arif Yunusa növbəti məktub

Həbsdə olan Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus MTN-nin təcridxanasında saxlanılan həyat yoldaşı Arif Yunusa növbəti məktubu yazıb:

Əzizim Arif!

Bilmirəm, məktubumu alacaqsan, ya yox. Ancaq ümid edirəm ki, nə zamansa onu oxuyacaqsan.

Bilirsən ki, repressiya geniş vüsət alıb: sevimli İntiqamı, Rəsulu, Seymuru tutublar. Cəmiyyəti hansı qorxu hissinin bürüdüyünü təsəvvür etmək çətin deyil. Belə ehtimal vardı ki, repressiyaların genişlənməsi Rusiyanın Ukraynaya qarşı açıq təcavüzü fonunda baş verir. Lakin qışdakı vəziyyətin təhlili göstərir ki, repressiya planı hələ o zaman hazırlanmışdı.

21-ci əsrin əvvəlində Azərbaycan ötən əsrin 30-cu illərinin durumuna düşüb. Stalinin vaxtında olduğu kimi ailəlikcə həbslər başlayıb. Tiran özünü elə aparır ki, sanki nə AŞ, nə Aİ, nə də digər beynəlxalq təşkilatlar var.

“Siyasət çirkin işdir” tezisi İlham Əliyevin dünya üzrə həmkarları və tərəfdaşları arasında qarşılıqlı münasibətlərini aydın şəkildə təsdiqləyir.

Əzizim Arif. Sən “mən özümü, öz gücümü, ölkədəki vəziyyətə təsirimi lazımınca qiymətləndirmirəm” söyləməkdə haqlı idin. İndi, həbsdəykən öz gücümü aydın hiss edirəm, onların məni sındırmaq üçün nə qədər səy göstərdiklərini görürəm, məni səhhətimi qorumaq imkanlarından məhrum edirlər.

Arif, bizim ümumi dostumuz Mark Avreli yazıb: “ Həyatımız bizim onun haqqında düşündüklərimizdir”. Bilirəm ki, sən də, mən də eyni düşünürük”. Bilirəm ki, səninlə hər zaman çiyin-çiyinəyəm. Bu vəhşilər, yırtıcılar bizi ayırmağa çalışsalar da biz hər zaman birlikdəyik./azadliq.info/
1106 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
</