Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Sentyabr 2014

Dünyada ən böyük əllər bu qadındadı - Foto

59 yaşlı Tailand sakini Duanqcey Samaksamam dünyaya ən böyük əllərə malik qadın hesab olunur. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, bu anomalizmin səbəbi tailandlı qadının nadir rast gəlinən əl barmaqlarının lokal qiqantizmi xəstəliyidir. Uzun illərdir ağır xəstəlikdən əziyyət çəkən Samaksamamın hər əli 20-30 kiloqram ağırlığa malikdir. Buna baxmayaraq cərrahiyyə əməliyyatı etmək barədə düşünmək istəmir.

Jurnalistlərin məlumatına görə, Tailand sakini uşaqlıqdan bu xəstəlikdən əziyyət çəkib. Hətta bu səbəbdən 20 yaşına qədər evdən çölə çıxmayıb. Sonradan ailəvi dükanda işləməyə başlayan Samaksamam elementar ev işlərini görməkdə böyük əziyyət çəkir. Həkimlərin fikrincə, 59 yaşlı qadın yalnız əlləri amputasiya olunmaqla qiqantizm xəstəliyindən xilas ola bilər. Lakin Duanqcey Samaksaman buna razı olmur və inanır ki, nə vaxtsa həkimlər onun əllərini müalicə edə biləcəklər.     

635 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber