Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Noyabr 2013

Bakıda sürücü cəriməyə görə özünü doğradı

Bakıda yol polisinin cərimə yazdığı sürücü özünü doğrayıb. Hadisə bu gün 28 may küçəsində baş verib. Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları bu gün paytaxtda reyd keçirərək qadağan olunmuş yerlərdə avtomobil saxlayan sürücüləri cərimələyiblər. Bu zaman 28 may küçəsində dayanma-durmanı qadağan edən nişanın altında dayanmış «Meredes» markalı minik avtomobilinə də yol polisləri tərəfindən bort-komputer vasitəsilə cərimə yazılıb və avtomaşının şüşəsiləninin altına qoyulub. Bunu görən sürücü avtomobilə yaxınlaşıb və yol polisləri ilə mübahisə edib. Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədovun ucnoqta.az saytına verdiyi məlumata görə, həmin vaxt avtomobilin qapısı açıq imiş. Sürücü isə yol polislərindən xəlbət maşina yaxınlaşıb minib qaçmağa cəhd edib: «Mən onun maşınının qarşısına keçib dedim ki, cərimə protkolunu götürsün. Sürücü maşina oturub lezva götürdü və yerə düşüb özünə xəsarət yetirməyə başladı. Qarnını açıb kəsməyə başladı. Bizim əməkdaşlar ona mane olub lezvanı əlindən almağa çalışdıqda həmin şəxs səs-küy salmağa başladı. Sonra anasını çağırdı, qadın da gəlib bizi təhqir etdi». Hadisə yerinə gələn digər polis əməkdaşları yaralını xəstəxanaya, oradan isə polis bölməsinə aparıblar. Hazırda araşdırma aparılır. Vaqif Əsədov onu da bildirdi ki, bu gün ərzində keçirilən reyd zamanı qadağan olunmuş yerlərdə avtomobil saxlayan 72 sürücüyə inzibati protokol tərtib olunub, 9 avtomaşın isə evakuasiya edilib. Ən acınacaqlı vəziyyət MSK-nın keçmiş binasının və Fransa səfirliyinin ətrafında müşahidə olunub. Burada yolu tamam bağlayan, avtomobili necə gəldi park edən sürücülərlə bağlı tədbir görüldüyünü deyən Vaqif Əsədov bildirib ki, bu cür tədbirlər mütəmadi keçiriləcək: «Reyd Rəşid Behbudov, Rəsul Rza küçələrində, Azıdlıq və Neftçilər prospektlərində də keçirildi. Təəssüflər olsun ki, sürücülər dayanma-durmanı qadağan edən nişanlara əhəmiyyət vermədən avtomobili park edib, hətta səkilərdə piyadaların hərəkətinə belə əngəl yaradırlar. Hətta, Rəsul Rza küçəsində avtomobil dayanacağı olduğu halda, bəzi sürücülər dayanacaqda yox, yolun hərəkət hissəsində maşın saxlayırlar. Bəzən sürücülər iddia edir ki, maşın saxlamağa yer yoxdu. Amma biz bir daha şahidi olduq ki, dayanacaq olsa belə, yenə də ora getmirlər. Onların bu qanunsuz əməlləri isə digər hərəkət iştirakçılarına problem yaradır»./ucnoqta/
1779 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber