Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Sentyabr 2014

Ukraynada atəşkəs

Bu gün Belarusun paytaxtı Minsk şəhərində keçirilən görüşdə Ukrayna hakimiyyəti ilə separatçılar arasında atəşkəs protokolu imzalanıb.

Bu barədə Rusiyanın “NTV” kanalı məlumat yayıb. Atəşkəs bu gün Moskva vaxtı ilə saat 18.00-da qüvvəyə minir. Tərəflər arasında danışıqların bağlı qapılar arxasında davam etdiyi bildirilir.

Danışıqlarda Ukrayna tərəfdən sabiq prezident Leonid Kuçma, qondarma Donetsk və Luqansk “xalq respublikaları”nın “baş nazir”ləri Aleksandr Zaxarçenko və İqor Plotnitski, eləcə də ATƏT-in nümayəndəsi Haydi Talyavini iştirak edir./apa/
826 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber