Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Sentyabr 2014

Sual.nur-az.com-da günün sualı

Fiqhi

Sual:
Sizə bir sualım var. Hicablıyam. Qaynatamın evində, qaynımın ailəsi ilə birlikdə yaşayırıq. Yəni böyük bir ailə. Başımda şiddətli ağrılar var. Uzun zamandır ki müalicə alıram. Asteno nervoz xəstəliyi keçirirəm və məcburam qaynımın yanında, yəni evdə hicabımı açım. Bu nə qədər böyük günah olduğunu da bilirəm amma bir yandan ağrılar imkan vermir. Nə etməliyəm, bağışlanmaq üçün.

Ad: Zəhra, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei

Cavab:
Bismillahir-rəhmanır-rəhim
Naməhrəm qarşısında hicaba riayət etmək vacibdir və hicabı açmağa heç bir üzür yoxdur. Hicabı açdığınız surətdə naməhrəm qarşısına çıxa bilməzsiniz. Əgər bir evdə məhrəm-naməhrəm məsələlərinə riayət edə bilmirsinizsə, başqa evə köçün və bu sizin üçün vacib olur.
Sizin tövbə yolunuz budur ki, naməhrəm qarşısında hicaba riayət edin və bundan qabaq riayət etmədiyiniz üçün Allahdan bağışlanmağınızı istəyin. Allah bağışlayan və mehribandır.
1123 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
24.04.17, 14:22
Əsgərimiz şəhid olub
24.04.17, 09:55
Düşməndən qorxma!