Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Sentyabr 2014

İŞİD-ə aid 2 kütləvi məzarlıq aşkarlandı

İraq Səlahəddin vilayəti Tuzhurmatu rayonunun Süleyman bəy qəsəbəsində 2 kütləvi məzarlıq aşkarlanıb. Məzarlıqlarda əksəriyyəti mülki insanlar olan 35 çürümüş cəsəd aşkarlanıb.

İraq hərbi mənbələrinin verdiyi məlumata görə, kütləvi məzarlarda tapılan insanların İŞİD terrorçuları tərəfindən öldürüldükləri güman olunur.
Cəsədlər təcili yardım və yük avtomobilləri ilə Kərkük məhkəmə tibbi ekspertizasına göndərilib.

Cəsədlərin mülki geyimlə qaçaraq İŞİD tərəfindən yaxalanan əsgərlər və terrorçular tərəfindən edam olunan TIR sürücüləri olduğu bildirilir.

Bundan sonra İraq və Suriyanın müxtəlif bölgələrində mütəmadi olaraq İŞİD terrorunun qurbanı olmuş insanlara aid kütləvi məzarlıqların aşkarlanması istisna olunmur.
1045 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
Go to TOP