Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Sentyabr 2014

Hər 40 saniyədə bir nəfər intihar edir

Ümumdünya Səhiyyə Təşkilatı (ÜTT) yeni hesabatında dünyada hər 40 saniyədə bir insanın intihar etdiyini açıqlayıb.

Təşkilatın sentyabrın 4-də yaydığı hesabatda son 10 illikdə dünyanın dörd bir tərəfində baş verən intihar halları təhlil edilib.

Araşdırma nəticəsində müəyyən olub ki, hər il 800-dən çox insan həyatına qəsd edir. Təşkilat intihar hadisələrinin çox hissəsinin aşağı və orta səviyyədə gəliri olan ölkələrdə yaşandığı qeyd edilir. Bu fakt ən çox 70 və daha yuxarı yaş həddində olan insanlar arasında baş verir. Bundan başqa, intihar – 15-29 yaşlılar arasında yayılan ikinci ölüm səbəbidir.

Zəhərli nəsə qəbul etmək, odlu silahla özünə atəş açmaq və asma halları intiharın ən geniş yayılmış üsulları kimi göstərilir.

“İntihar çox uzun müddətdir tabu qəbul edilən bir səhhət problemidir. Bu problemin həlli üçün bütün ölkələrə aksiya keçirmələri çağırışını edirik” – deyə ÜSST-nın müdiri Marqaret Çan bildirib.

Qeyd edək ki, sonuncu dəfə mmediada ən çox işıqlandırılan intihar olayı məşhur aktyor Robin Uilyamsın ölümü olmuşdu. Təşkilat bununla da bağlı açıqlama verərək, belə halların mətbuatda yayılmasının qarşısının alınmalı olduğunu vurğulayıb./ans/
981 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber