Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Sentyabr 2014

Rusiya NATO-nu hədələdi

Rusiya Xarici İşlər Nazirliyi Britaniyada keçirilən NATO sammitində çıxarılan qərarlara sərt reaksiya verib.

Rusiya XİN-in verilən açıqlamasında bildirilir ki, sammitdə çıxarılan qərarlar NATO-nun, ABŞ və bir-neçə Avropa ölkəsinin diqtə etdiyi siyasəti yürütdüyünü göstərir.

Rəsmi Moskva hesab edir ki, NATO-nun, ABŞ və Sülh Naminə Tərəfdaşlıq ölkələrinin Ukrayna məsələsində tutduğu mövqe bölgədəki gərginliyi artıracaq:

"Ukrayna mövzusunda çıxarılan qərarlar və verilən açıqlamaların tonu və xüsusiyyəti NATO-ya üzv ölkələrin Kiyevlə Ukrayna torpaqlarında bu ilin sonuna qədər ortaq hərbi manevr etmə planlarıyla birləşincə gərginliyin artmasının qaçılmaz olduğu görünür. Bu addımlar, Ukraynadakı sülh prosesini təhlükəyə atacağı kimi, cəmiyyətdə də bölünmə meyllərini qızışdıracaq".

Rusiya XİN-i NATO sammitində çıxarılan qərarların detallı şəkildə təhlil olunacağını bildirib./ans/
760 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı