Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Sentyabr 2014

Azərbaycanda bıçaqlanma: 1 ölü, 1 yaralı

Göygöldə yeznə və qayın arasındakı mübahisə bıçaqlanma ilə bitib. Nəticədə onlardan biri dünyasını dəyişib, birinin vəziyyəti isə ağırdı.

Hadisə rayonun Quşqara kəndində baş verib. Gəncə sakini 29 yaşlı Kamil Rüstəmov şəxsi münasibətlər zəminində keçmiş qayını 30 yaşlı Urfan Rzayevlə bıçaq davasına çıxıb. Nəticədə hər iki şəxs bədənin müxtəlif nahiyələrindən xəsarət alıblar.

Hadisədən sonra hər iki şəxs ətrafdakıların köməkliyilə xəstəxanaya çatdırılıb. Həkimlər Kamil Rüstəmovun həyatını xilas edə bilməyib. O, qanaxmadan dünyasını dəyişib. Qətli törətməkdə şübhəli bililən Urfan Rzayev isə artıq əməliyyat olunub və hazırda o, polisin nəzarəti altında müalicə alır./ans/
1060 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
06.12.16, 08:07