Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Sentyabr 2014

Murad Ədilovu yaxınları ilə görüşdən də məhrum ediblər

Narkotiklə şərlənərək həbs olunan AXCP üzvü Murad Ədilovun işgəncəyə məruz qalmasıyla əlaqədar verdiyi şikayət üzrə iki gün əvvəl Nərimanov rayon məhkəməsinin çıxardığı qərardan artıq apelyasiya şikayəti verilib. Xatırladaq ki, Nərimanov rayon məhkəməsindəki bu proses Murad Ədilov və vəkili Yalçın Imanovun şikayəti əsasında keçirilirdi. Məhkəmədən tələb edilirdi ki, Murad saxlanılarkən və Sabirabad rayon Polis Şöbəsində olarkən ona verilən mənəvi və fiziki işgəncə faktları tanınsın.

Murad Ədilov Sabirabad polisində bir saata yaxın beş nəfər tərəfindən döyülüb, ac-susuz saxlanılıb. O, məruz qaldığı işgəncə prosesində Sabirabad rayon Polis Şöbəsinin rəis müavini Əlifağa Kazımov və Cinayət-Axtarış Şöbəsinin rəisi Vüsal Şəbəndiyevin iştirak etdiyini bildirib.

Murad Ədilovun vəkili Yalçın Imanov Nərimanov məhkəməsinin işgəncə faktını inkar edərək çıxardığı qərarı ədalətsiz hesab edir. Bu səbəbdən də vəkil həmin qərardan apelyasiya şikayəti verib. Bu haqda “Azadlıq”a vəkil məlumat verib.

Bundan başqa, hazırda Kürdəxanıdakı 1 saylı istintaq təcridxanasında saxlanılan Murad Ədilovun yaxınları ilə görüşməsinə də imkan verilmir. Bunu isə “Azadlıq”a Murad Ədilovun qardaşı Natiq Güləhmədoğlu bildirib. Onun sözlərinə görə, iki həftədir görüş üçün müstəntiqə ərizə ilə müraciət etsələr də, heç bir cavab verilmir./azadlıq/
962 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 11:08