Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Noyabr 2013

E, F, G və H qruplarında növbəti matçlar keçirilib

“Barselona” və “Atletiko” qalib gəlib, “Borussiya” isə öz meydanında məğlub olub

Çempionlar Liqasının qrup mərhələsində IV tur başa çatıb. Apasportun verdiyi məlumata görə, ikinci oyun günündə E, F, G və H qruplarında növbəti matçlar keçirilib.

H qrupunun lideri “Barselona” doğma azarkeşləri qarşısında “Milan”ı sınağa çəkib. Ötən tur rəqibi ilə 1:1 bərabərə qalan Xerardo Martinonun yetirmələri bu dəfə qələbə qazanıb.

“Land of fire Azerbaijan” formalı “Atletiko” isə evdə “Austriya” ilə üz-üzə gəlib. Qrupda məğlubiyyət acısını dadmayan Madrid klubu rəqibini bu dəfə də darmadağın edib.

Doğma arenada “Arsenal”ı qəbul edən “Borussiya” isə məyus olub. Dortmundlular London təmsilçisinə minimal hesabla uduzub.


E qrupu
“Bazel” (İsveçrə) - “Styaua” (Rumıniya) 1:1
Sio, 90 - Piovakkari, 11
“Çelsi” (İngiltərə) - “Şalke” (Almaniya) 3:0
Eto’O, 31, 54, Demba Ba, 83



F qrupu
“Borussiya” (Dortmund, Almaniya) - “Arsenal” (İngiltərə) 0:1
Remzi, 62
“Napoli” (İtaliya) - “Marsel” (Fransa) 3:2
Gökhan İnlər, 22, İquain, 24, 75 - Ayev, 10, Tauvin, 64



G qrupu
"Zenit" (Rusiya) - "Porto" (Portuqaliya) 1:1
Hulk, 28 - Qonzales, 23
"Atletiko" (İspaniya) - "Austriya" (Avstriya) 4:0
Miranda, 11, Qarsiya, 25, Felipe, 45, Kosta, 82



H qrupu
“Ayaks” (Hollandiya) - “Seltik” (Şotlandiya) 1:0
Şon, 51
“Barselona” (İspaniya) - “Milan” (İtaliya) 3:1
Messi, 30 (pen), 83, Busqets, 40 - Pike, 45 (avtoqol)
2005 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber