Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Sentyabr 2014

İŞİD terrorçuları yol polisi yaratdı

İŞİD terror qruplaşması bu dəfə özlərinə adi yol polisi təşkilatı qurub.

Bbir neçə müddət əvvəl öz şəxsiyyət vəsiqələrini hazırlayan İŞİD üzvlərinin bu dəfə özlərinə adi yol polisi təşkilatı qurduqları haqqında sənəd yayılıb.

Dubaylı jurnalist Cenan Musa tərəfindən tvitter hesabında paylaşılan fotoşəkil qısa müddət ərzində internetdə bir çox xəbər saytlarında və forumlarda yayımlanıb.

Əllə yazılmış olan sənədin Suriyada 2013-cü ildə ələ keçirilən Raqqa şəhərində hazırlandığı diqqət çəkir. İlk sətirdə “İraq və Şam İslam Dövləti (Suriya)” yazılan sənəddə “İslam polisi, yol polisi idarəsi” sözləri də yazıllıb.

Cəza sənədi sürücünün avtomobilini əks istiqamətdə gələn avtomobillərin yolu ilə sürməsinə görə yazılıb.


974 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP