Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Sentyabr 2014

Rusiyada azərbaycanlıların kütləvi deportasiyasına başlandı

Moskvada təhsil alan onlarla tələbəyə ölkəyə giriş qadağan olunub, geri qaytarılanların öz dilindən

Azərbaycanlılar kütləvi şəkildə Rusiyadan deportasiya olunurlar. Sentyabrın ilk günlərindən başlayaraq Moskvada təhsil alan onlarla tələbəmiz, o cümlədən burada işləyən soydaşlarımız ölkədən çıxarılırlar.
Bu barədə “Yeni Müsavat”a barəsində 3 illik deportasiya qərarı çıxarılan tələbə Səbinə Verdiyeva danışıb. Onun sözlərinə görə, Moskvada Dilçilik Universitetində 3-cü kursda oxuyur. S.Verdiyeva Rusiya səfirliyinin xətti ilə təhsil almağa gedib, ona tələbə təqaüdü verilir, yataqxana ilə təmin olunub. Ancaq azərbaycanlı tələbə heç bir əsas olmadan deportasiya olunub: “Bizi heç vaxt belə narahat etməyiblər. Bu günə kimi də problem olmayıb. Mən sentyabrda təhsilimi davam etdirmək üçün Moskvaya getdim. Ancaq səbəb göstərmədən deportasiya etdilər. Guya qeydiyyatdan keçməmişik.
Bu problemlə üzləşən tək mən deyiləm. Mənimlə bərabər bizim universitetdən başqalarını da deportasiya ediblər. Tək tələbələri yox, işləməyə gedənləri də çıxarırlar. Bizim fakültənin dekanı sənədləri hazırlayır. Universitet bizimlə maraqlanır. Deyirlər ki, narahat olmayın".
Deportasiya olunan başqa bir tələbə - Moskva özəl universitetinin məzunu Güntək Məmmədov da “Yeni Müsavat”a bildirdi ki, diplomunu almağa gedib: “Universitetdən demişdilər ki, sentyabrda gəlib diplomunuzu götürün. Məni Moskva gömrüyündə saxladılar və tranzit zonaya çağırdılar. Mənə imzalamağa akt verdilər və 2017-ci ilə qədər deportasiya olunduğumu bildirdilər. Guya qeydiyyatdan keçməmişəm və 30 gün artıq qalmışam. Bu, tamam cəfəngdir. Çünki 2016-cı ilə qədər qeydiyyatım var. Məni təyyarəyə mindirib, geri qaytardılar. Bakıda Rusiya səfirliyinə getdik. Səfirlikdən dedilər ki, onlar yalnız Rusiya vətəndaşlarının problemlərini dinləyirlər və Dövlət Miqrasiya Xidmətinə müraciət etməyi məsləhət gördülər”.
G.Məmmədov təkcə tələbələrin deportasiya olunduğunu düşünmür: “Hər gün deportasiya edirlər. Onlara qeyri-rəsmi əmr verilib ki, hər gün deportasiya qərarları olsun. Mənimlə birlikdə iki orta yaşlı adam da deportasiya olunmuşdu”. Məsələ ilə bağlı Xarici İşlər və Təhsil nazirliklərindən cavab almaq mümkün olmayıb.
1086 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 17:15
"Nardaran işi"l