Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Sentyabr 2014

Suriya ordusunun zərbələri nəticəsində 53 nəfər ölüb

Suriya ordusu “İslam Dövləti”nin Rakka şəhəri ərazisindəki mövqelərinə bir neçə hava zərbəsi endirib. Nəticədə 53 nəfər ölüb. “Frans Press”in verdiyi xəbərə görə, bu barədə Suriyanın “İnsan hüquqlarının monitorinqi” təşkilatının rəhbəri Rami Abdel Rəhman bildirib.

Ordunun zərbələri nəticəsində daha 15 terrorçunun və 7 naməlum şəxsin öldüyü bildirilir.

Bundan əvvəl Suriya Hərbi-Hava Qüvvələrinin “İslam Dövləti” qruplaşmasının nəzarətindəki Rakka şəhərində fəaliyyət göstərən çörək sexinə zərbə endirməsi nəticəsində azı 25 nəfər ölüb.
1018 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 17:23