Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Sentyabr 2014

Rusiya tək Kiyevi yox, istənilən şəhəri tuta bilər

Poroşenko: Rusiya tək Kiyevi yox, istənilən şəhəri tuta bilər

Əgər bütün dünya Ukrayna ilə həmrəyliyini göstərib birləşməsə, Rusiya nəinki, Kiyevi, Avropanın istənilən şəhərini tuta bilər.

Bu barədə Ukrayna prezidenti Pyotr Poroşenko BBC-yə müsahibəsi zamanı deyib.

“RF ordusu - 1,2 miyonluq qüvvə deməkdir. Əgər bütün dünya Ukrayna ilə həmrəyliyini göstərərək birləşməsə, RF-nin Kiyevi tutması məntiqi ilə Rusiya Varşava, Vilnüs, Riqa, Buxarest və istənilən digər şəhəri tuta bilər”- deyə prezident Putinin 2 həftəyə Kiyevi tutmaq barədə bildirdiklərinə şərh gətirib.

“Əgər biz sözsüz ki, acınacaqlı olan hazırki məsələlərin vəziyyətini düzəltməsək, bu belə də olacaq və bunda heç bir şübhə yoxdur”- deyə Poroşenko əlavə edib.

Bundan əlavə o, Ukrayna üçün ölməyə belə hazır olduğunu bildirib: “Mən ölkəmə görə vuruşmağa və hətta ona görə ölməyə belə hazıram və sizi inandırım ki, Ukraynanın böyük kütləsi belə düşünür”/ans/
994 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 09:08
Su