Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Sentyabr 2014

İŞİD-ə daha bir ağır zərbə

Ötən gün ərzində “İslam Dövləti” (İŞİD) terror qruplaşmasının müxtəlif məntəqələrdə yerləşən mövqelərinə İraq ordusu və Suriya ordu qüvvələri tərəfindən hücumlar təşkil edilib.

İraq ordusu Diyala vilayətinin İncanə bölgəsində də nəzarəti tam ələ keçirib.

Həyata keçirilən hücum əməliyyatları nəticəsində silahlı qrupları bölgədən çıxaran ordu qüvvələri irəliləməyə davam edir. Artıq üç aya yaxın idi ki, İŞİD terrorçularının nəzarətində olan İncanə bölgəsinin geri almaq asan olmayıb.

Diyala vilayətinin İncanə bölgəsində olan Dəclə əməliyyatlar komandiri general Abduləmir Əl Zeydi ilə bəzi komandir və könüllü əsgərlər nəzarətin tam bunların əllərində olduğunu bildirərək, Diyalanın Uzayim adlı hissəsini də geri qaytaracaqlarını vurğulayıblar.

Qarşıdurma zamanı İŞİD terrorçuları çox sayda itkilər verib./ans/
1049 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber