Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Sentyabr 2014

“Moskva Donetskdə rus pasportları paylayır”

Ukrayn general: “Moskva Donetskdə rus pasportları paylayır”

“Rusiya genişmiqyaslı hücuma hazırlaşır, Donbasda isə rus pasportları paylayır”.

“Politnavigator.net” saytı xəbər verir ki, bu açıqlama ilə Ukraynanın eks-müdafiə naziri İqor Tenyux çıxış edib.

O artıq Donetsk və Luqanskda rus pasportlarının paylandığını deyib:

“Putin heç vaxt Odessaya qədər olacaq yoldan əl çəkməyəcək. Çünki Krımın qışda materiklə əlaqəsi olmadan yaşaması çox çətindir. Biz real olaraq dövləti və xalqı Rusiyanın genişmiqyaslı hücumuna hazırlamalıyıq. Bu o deməkdir ki, hər kəs cəbhəyə getməlidir. Allah eləsin ki, sülh bərpa olunsun, amma Putinin planlarından əl çəkəcəyini düşünmək gərək deyil”.
952 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP