Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Sentyabr 2014

ABŞ generalından Putinin ünvanına sərt sözlər

ABŞ müdafiə naziri Çak Heyqel Gürcüstana səfər edib.

Tiflisdə gürcüstanlı həmkarı İrakli Alasaniya ilə görüşən Heyqel birgə keçirdikləri mətbuat konfransında NATO çərçivəsində müttəfiqlik əlaqələrindən və İŞİD problemindən danışıb.

Çak Heyqel Tiflisdə Rusiya prezidenti Vladimir Putinə ismarışlar göndərməyi də unutmayıb.

“Prezident Putinin törətdiyi təhlükələri və məsuliyyətsiz hərəkətlərini nəzərə alsaq, o zaman NATO ilə Gürcüstan arasında əlaqələrin dərinləşməsi xüsusilə vacibdir. Onun qeyri-qanuni yolla Kırımı Rusiyaya birləşdirməsi və Ukraynanın şərqində apardığı hərbi əməliyyatların davam etməsi regionda sabitliyə böyük təhlükə törədir” – deyə ABŞ-ın müdafiə naziri Çak Heyqel bildirib.

Gürcüstanın müdafiə naziri isə Ukrayna münaqişəsində Rusiyaya inanmamağı tövsiyə edib:

"Təbii ki, qarşıdurmaya son qoyulmalıdır və biz ümid edirik ki, Ukraynada atəşkəsə riayət ediləcək. Lakin Rusiyanın atəşkəsinə etibar edərək, məyusluq yaşadığımız İordaniya təcrübəsini də görmüşük. Ona görə də qarşıdurmalara hazır olsaq yaxşıdır”.

Çak Heyqel onu da əlavə edib ki, Gürcüstan NATO-nun çox əhəmiyyətli müttəfiqidir. İrakli Alasaniya isə öz növbəsində, Gürcüstanın Amerika Birləşmiş Ştatları və NATO-nun İraqda İŞİD-ə qarşı əməliyyatlarını dəstəklədiyini vurğulayıb./ans/
1066 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı