Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Noyabr 2013

Yasir Ərəfatın zəhərləndiyi təsdiqlənib

Yasir Ərəfatın 2004-cü ildə polonium maddəsi ilə zəhərləndirildiyinə dair şübhələri təsdiqlənməkdədir. APA-nın RİA-Novosti-yə istinad ilə verdiyi xəbərə görə, bu haqda Röyter agentliyinə ekspertizanın nəticələrini əldə etmiş keçmiş Fələstin liderinin həyat yoldaşı məlumat verib.

“Bizə əsl cinayətin olduğunu açıqladılar. Bu siyası qətldir”, - deyə Parisdə yaşayan Suha Ərəfat bildirib.

Agentliyin məlumatına görə, Suha Ərəfat İsveçrənin Lozanna şəhərində yerləşən radiofizika institutunun keçirdiyi ekspertizanın nəticələrini əldə edib. Məhz burada Y.Ərəfatın cənazəsi müayinə edilib.
1901 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...