Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Sentyabr 2014

20 ilin hərbçisi evsiz-eşiksiz qalıb

Elburus Hüseynov dövlətdən ailəsi küçədə qalmasın deyə mənzil istəyir

Sumqayıt şəhəri 36, məhəllə 8/29, mənzil 1 ünvanında kirayədə yaşayan ehtiyyatda olan mayor Hüseynov Elburus Telman oğlu ölkə başçısı, şəhıərin icra başçısı və digər müvafiq qurumların rəhbərlərinə müraciət edib. E.Hüseynov 20 il hərbi xidmətdə olub və uzun müddət mühüm vəzifələrdə çalışıb. Lakin buna baxmayaraq, hələ də ailəsini yerləşdirə biləcəyi evi yoxdur.

1974-cü ildə Ermənistanın Qəməri rayonunda anadan olan mayor 1992-ci ildən 1996-cı ilədək Riyazan Ali Hərbi Hava Desant komandirləri məktəbində oxuyub. 2009-cu ilin aprel ayına qədər müxtəlif vəzifələrdə briqada komandirinin müavini vəzifəsinədək yüksəlib, xidmət müddətində bir çox orden və medallarla təltif olunub. Həmin vaxtdan etibarən isə Silahlı Qüvvələrdən ehtiyata buraxılıb.

E.Hüseynovun istədikləri isə aşağıdakılardır. İlk olaraq o, Sumqayıt şəhərində yaşadığı üçün Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətindən şəxsi işinin Sumqayıt şəhər Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinə göndərilməsinə göstəriş verilməsini istəyir.

Həmçinin indiyə qədər pasport qeydiyyatı belə yoxdur və onun həll edilməsini, şəxsiyyət vəsiqəsi ilə təmin olunmasını bildirir. Fərdi yaşayış evi olmadığı üçün torpaq sahəsinin ayrılmasını və orada özünə ev tikmək istədiyini qeyd edir. Bundan əlavə o, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 6 avqust 2012-ci il tarixli 174 №li qərarına əsasən ehtiyyatda olan hərbi qulluqçu kimi ev təminatı növbəsinə götürülməsi və müvəqqəti mənzil kirayəsi xərclərini ödənilməsini də tələb edir./jam/
907 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.12.16, 09:19
Tram