Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Sentyabr 2014

"Kalaşnikov" da sanksiyalar siyahısında

Avropa Birliyinin rəsmi Moskvaya qarşı tətbiq etdiyi sanksiyalar siyahısına Rusiyanın neft və müdafiə sənayesi şirkətlərinin də adları salınıb.

Bu barədə ABŞ-ın “Wall Street Journal” AB-dəki mənbəsinə istinadən xəbər yayıb.

Qəzetin məlumatına görə, sanksiya siyahısına Rusiyanın “Rosneft”, “Qazpromneft”, “Transneft”, “Oboromprom” və “Uralvaqonzavod” şirkətləri daxil edilib. Sanksiyalar bundan ibarət olacaq ki, adıçəkilən şirkətlər Qərb ölkələrinin banklarında 30 gün müddətinə heç bir maliyyə işləri həyata keçirə bilməyəcək.

Bundan başqa, yeni sanksiyalar paketində nəzərdə tutulub ki, bir sıra AB ölkələrinə “Kalaşnikov” silahlarının idxalı qadağan edilsin.

Rusiya baş naziri Dmitri Medvedev bəyan edib ki, rəsmi Moskva AB-nin istənilən sanksiyasına qarşı cavab verəcək.
1104 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber