Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Noyabr 2013

"Tələbələrin pulundan oğurlayırıq"

Abel Məhərrəmov: "Tələbələrin pulundan oğurlayırıq"

Milli Məclisdə 2014-cü il dövlət büdcəsinin keçirilən müzakirələr zamanı çıxış edən Bakı Dövlət Universitetinin rektoru, millət vəkili Abel Məhərrəmov gərgin, həm də gözlənilməz açıqlamalar verib. Rektor bildirib ki, ölkədəki 1800 elmlər doktorunun böyük bir hissəsi ali təhsil müəssisələrində işləməsinə baxmayaraq, onlara vəsait ayrılmır:

“Əfsuslar olsun ki, 1200 alimə bir manat da vəsait ayrılmır. Bəs deyərsiz necə edirsiz? Şapalaqla üz qızardırıq. Öz hesabına oxuyan tələbə 1300 manat pul verir, ondan oğurlayıb, alimə cihaz alıram. O məni məhkəməyə verə bilər”.

Maliyyə naziri Samir Şərifov alimin elmi fəaliyyətini təmin etmək üçün başqa mexanizm təklif edildiyini söyləyib: "Bu da elmin inkişafı fondudur. Buyurun, iştirak edin müsabiqədə, vəsaiti əldə edin”.

Universitetlərə bundan sonra maliyyə muxtariyyəti veriləcəyini deyən nazir artıq ali məktəblərin öz gəlirlərini və xərclərini planlaşdırmasının vaxtı çatdığını bildirib. Universitet rəhbərlərinə isə maliyyə vəsaitlərini idarə etmək üçün yeni ştat-maliyyə meneceri vəzifəsi yaratmağı tövsiyyə edib.

Gələn ilin dövlət büdcəsinə təhsilə 1,6 milyard, elmə 146 milyon manat ayrılması nəzərdə tutulur. Hər iki göstərici bu cari illə müqayisədə artıb./ans/
2084 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber