Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Sentyabr 2014

Medyedyev Qərbi hədələdi

Əgər Rusiyaya qarşı yeni sanksiyalar tətbiq olunsa, Rusiya bu sanksiyalara cavab verməli olacaq. Cavab olaraq Rusiya hava məkanında uçuşların məhdudlaşdırılması da mümkündür.
Bu sözləri Rusiya Federasiyasının baş naziri Dmitri Medvedyev “Vedomosti” qəzetinə müsahibəsində bildirib.

“Əgər bizə məhdudiyyətlər qoysalar, biz də cavab verməli olacağıq. Qərb avia şirkətlərinin bizim hava məkanımızdan istifadə edə bilməməsi isə onların bir çoxunun müflisləşməsinə gətirib çıxara bilər. Bu, xoşagələn tarix deyil. İstərdik ki, bizim tərəfdaşlarımız da bunu anlasınlar”, — deyə baş nazir əlavə edib.

“Vedomosti” qəzeti avqustun əvvəlində aviaşirkətlərin transsibir uçuşlarının qadağası haqqında yazmışdı. Lakin rəsmilər bu xəbəri təkzib etmişdilər.

Qeyd edək ki, Sibir üzərində uçuşlardan ən çox istifadə edən şirkətlər “Lufthansa”, “British Airways” və “Air France” şirkətləridirlər və bunun sayəsində bu şirkətlər hər uçuş zamanı 30 min dollaradək qənaət edirlər.
848 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 09:10
40 dərdin dərmanı