Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Sentyabr 2014

FSB-nin məşhur polkovniki yenidən Donetskə dönür

Donetsk partizanlarının lideri İqor Strelkov tezliklə aktiv fəaliyyətinə geri dönəcək.

“Politnavigator.net” saytı xəbər verir ki, bu açıqlama ilə İqor Strelkovun məsləhətçisi İqor Druz çıxış edib.

Respublikanın keçmiş Müdafiə nazirinin səhhətinin hazırda yaxşı olduğunu bildirib. Druz həmçinin Strelkovun Rusiyanın əyalətlərindən birində yaşadığını da qeyd edib.

Xatırladaq ki, İqor Strelkov bir müddət öncə “Donetsk Xalq Respublikası”nın Müdafiə naziri vəzifəsindən anidən istefaya göndərilmişdi. Mətbuat həmin müddətdə onun yaralandığını söyləmişdi. Hətta onun gizlincə Krım ərazisinə də aparıldığı vurğulanmışdı.
956 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 09:11