Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Sentyabr 2014

Amerikalı jurnalistlərin qatili tapıldı – Foto

Bir müddət öncə Suriyada öldürülən amerikalı jurnalistlərin qatili aşkar edilib.

Bu, Əhməd Əbu Səmra adlı ABŞ vətəndaşıdır.

Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) araşdırmalarından sonra məlum olub ki, Suriya və ABŞ-da ikili vətəndaşlığı olan bu şəxs beynəlxalq axtarışda olan ən təhlükəli terrorçulardan biridir.

Əhməd Əbu Səmra 1981-ci ildə Fransada doğulub. Lakin bir müddət keçdikdən sonra ailəsi ABŞ-ın Boston şəhərinə köçüb. Atası Massaçeust ştatının mərkəzi xəstəxanasında endokrinoloq işləyib.

Əbu Səmra orta məktəbi əla qiymətlərlə bitirərək kompüter dərəcəsi ilə Massaçusets Boston Universitetində kibernetika sahəsində təhsil alıb.

Universiteti bitirdikdən sonra bir müddət telekommunikasiya şirkətində işləyən Əbu Səmra radikal qruplara meyllənməyə başlayıb. İlk olaraq sosial şəbəkələrdə aktiv fəaliyyətə keçib.

İslam dövlətinin sosial media strategiyasının memarı olan bu şəxs 2004-cü ildə həbs edilərək 17,5 il həbs cəzasına məhkum edilib. Lakin 2006-ci ildə həbsxanadan qaçaraq ABŞ-ı tərk edib.

İngilis və ərəb dillərini mükəmməl bilən Əbu Səmra və ailəsinin Hələbdə yaşadığı ehtimal olunur.

Başına 50 min dollar mükafat qoyulan Əbu Səmra üçün 2009-cu ilin noyabrında axtarış elan edilib./axar/



1155 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı