Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Sentyabr 2014

"İŞİD" tezliklə daha bir jurnalistin başını kəsəcəyini elan edib

“İslam Dövləti” terror təşkilatı İraqın tanınmış jurnalisti Rad əl-Əzzavinin tezliklə başını kəsərək edam edəcəyini bəyan edib

“İslam Dövləti” terror təşkilatı İraqın Səlahəddin əyalətində ələ keçirdiyi tanınmış jurnalisti ABŞ vətəndaşları kimi başını kəsəcək. İnterAz-ın SumariyaNews-a istinadla verdiyi xəbərə görə, bu barədə İraqın “Mətbuat Azadlığı Müşahidəçi Qrupu” məlumat verib.

Bildirilib ki, “İslam Dövləti” terror təşkilatı İraqın tanınmış jurnalisti Rad əl-Əzzavinin tezliklə başını kəsərək edam edəcəyini bəyan edib.

Qeyd edək ki, təkfirçi “İslam Dövləti” təşkilatı az öncə iki amerikalı jurnalistin başlarını kəsərək edam etmişdi.
1252 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.12.16, 11:10