Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Sentyabr 2014

Bananın daha bir faydası tapıldı

Araşdırmayla, kalium baxımından zəngin meyvə olan bananın, menopozdan sonra təzyiqin düşməsi riskini azalda biləcəyi təyin olunub. Amerikalı elm adamları 11 il müddətində 50-79 yaşındakı menopoza girmiş 9137 qadının sağlamlıq vəziyyətini araşdırıb. İştirakçıların nə qədər kalium qəbul etdiyi də qiymətləndirilib. Araşdırma, banan kimi kalium baxımından zəngin yeməklər qəbul edən menopoza girmiş qadınların təzyiqlərinin düşmə riskinin 25 faizə qədər azaldığını göstərib.
Lakin araşdırmanı aparan Silvia Vassertheil-Smoller, çox kaliumun da ürək üçün zərərli olduğunu, insanların nəyə nə qədər ehtiyacları olduğunu öyrənməsi lazım olduğunu bildirib.
Araşdırmanın nəticələri Amerika Ürək Dərnəyinin "Report" adlı jurnalında nümayiş olunub.
Menopoza girən qadınlarda kalium-natrium tarazlığı pozulur. Kalium bədəndəki maye tarazlığını təmin edir.
Dünya Səhiyyə Təşkilatı, gündə 5-6 qram kalium alınmasını təklif edir. Orta böyüklükdəki banan 430 milliqram kalium ehtiva edir.
946 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
03.12.16, 18:04