Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Sentyabr 2014

Sual.nur-az.com-da günün sualı

Fiqhi

Sual:
Salamun Aleykum. Allah sizlərdən razı olsun, suallarımızı cavablandırırsınız. Bilmək istərdim ki, indi bəzi mömin qardaşlar ailəli olduqları halda hər gün yığışırlar bir yerə söhbət edirlər dini və ya dünyəvi və gecə saat 3-4 də evə gəlirlər. Sizcə bu halda onlar ailələrinin haqqına girmirlər? Başa düşürük söhbət etmək olar amma hər gün hər gün bir yerə toplaşaraq söhbət etmək bu düzgündürmü? Bu insanlara necə tutarlı cavab vermək olar?
Ad: Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei

Cavab:
Bismillahir-rəhmanır-rəhim
Belə hallarda onlara demək lazımdır ki, əgər dinin bizə əmrlərindən söhbət gedirsə, dinin rəhbərlərinin sözlərinə və əməllərinə tabe olmaq lazımdır. Dinin rəhbərləri bizə belə göstəriş verirlər:
1.Danışıqda;
a) İslam Peyğəmbəri (s) buyurur: “Sizlərdən ən xeyirliniz, ailəsinə qarşı ən xeyirli olanıdır.”(Məkarimul-Əxlaq, səh.216)
b) Həzrət Rəsulullah (s) yenə buyurur: “Məlundur, məlundur o kəs ki, öz aliəsinə və uşağına diqqətsizlik edir!” (Mən la yəhzurul fəqih, səh.55)
İmam Sadiq (ə) buyurur: “Mürüvvətli insan ailəsi olan şəhərdə, əgər başqa yerdə gecələsə sanki özünü həlakətə atıb.” (Mən la yəhzurul fəqih, səh.55)
2.Əməli rəftar:
Bizim pak məsumlarımızın (ə) rəftar və adəti budur ki, döyüş, səfər, ibadət, Məscidul-Haramda qalmaq və sair kimi zəruri məqamları çıxmaq şərti ilə həmişə, öz ailələrinin yanında olmuşlar. Gecələri öz ailələrinin yanında keçirmişlər. Hətta, dini və məzhəbi məclislərini gündüzlər təşkil etmişlər ki, ailənin haqqı pozulmasın. Allah-Taala Quranda buyurur: “Öz həyat yoldaşlarınızla yaxşı rəftar edin!” (Nisa surəsi 19).
1087 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...