Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Oktyabr 2013

“Nemət bildirdi ki, təzyiqlər daha ciddi formada davam edir”

Qobustan həbsxanasında cəza çəkən siyasətçi Nemət Pənahlının həyat yoldaşı Həcər Pənahlı oktyabrın 4-də “Media forum” saytına açıqlama verib.

O deyib ki, oktyabrın 3-də Nemət Pənahlı ilə telefon əlaqəsi saxlayıb: “Nemət bildirdi ki, həbsxanada ona təzyiqlər daha ciddi formada davam edir. Onunla bir kameraya saldıqları dustaq Nemətin üstünə qaynar su töküb. Kamerada dava düşüb, həbsxana işçilərindən isə heç kim buna reaksiya verməyib. Yalandan gəlib Nemətə töhmət yazıblar ki, guya qaydaları pozur. Nemətdə şəkər xəstəliyi var. İki gündür ona şəkərə qarşı dərmanı da vermirlər. Nemət həbsxanadakı “Qaynar xətt”ə çıxmaq üçün dəfələrlə rəisə müraciət edib, amma ona öz vəziyyəti haqda məlumatı “Qaynar xətt” vasitəsilə çatdırmağa imkan yaradılmayıb. Nemət Ombudsman Aparatının, İşgəncələrə Qarşı Azərbaycan Komitəsindən nümayəndənin onunla görüşməsini tələb edir.

Penitensiar Xidmət vəkilə məktub vermir ki, Nemətlə görüşə bilsin. Xidmətin rəisi Mədət Quliyevə müraciət edirəm ki, həbsxanalarda yaradılan “Qaynar xətt”dən Nemət Pənahlının istifadə etməsinə icazə verilmədiyini bilsin. Üstəlik, bunu tələb etdiyi üçün ona töhmət verirlər”.

Kamera yoldaşının Nemət Pənahlıya təzyiqlər etdiyini, bunun isə gündəlik dava-şavaya gətirdiyini məhbusun yaxınları ötən aydan bəyan edirlər. Onlar ya Nemət Pənahlının, ya da o biri dustağın başqa kameraya keçirilməsin istəyirlər. Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov sentyabrın 30-da “Media forum” saytına deyib ki, əgər doğrudan da məhkumun sağlamlığına, həyatına, yaxud təhlükəsizliyinə ziyan gələrsə, müəssisə rəisi dustağın kamerasını dəyişdirə bilər: “Bu, müəssisə rəisinin tam səlahiyyətindədir”.

30 sentyabr açıqlamasında Mehman Sadıqov onu da bildirib ki, Nemət Pənahlının yaxınlarının iddiasını Qobustan həbsxanasının rəisi Şahin Osmanovla aydınlaşdırıb: “Nemət Pənahlını heç kim təxribata çəkmir, heç kimin onunla konflikti də yoxdur, rahat oturub. Tək Nemət Pənahlı yox, bütün məhkumlar nəzarət altındadır. Qətiyyən elə bir şey yoxdur”.

Oktyabrın 4-də Həcər Pənahlı “Media forum”a deyib: “Əgər heç bir problem yoxdursa, niyə vəkilini Nemət Pənahlı ilə görüşə buraxmırlar? Heç bir şey yoxdursa, niyə Nemətə töhmət verirlər? Niyə qoymurlar o, “Qaynar xətt”ə çıxsın?”

Nemət Pənahlı 2011-ci il yanvarın 8-də tutulub, xuliqanlıq və qəsdən sağlamlığa az ağır zərər vurma ittihamı ilə 6 il müddətinə azadlıqdan məhrum edilib.
1561 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı