Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Sentyabr 2014

Ukraynadakı müharibədə 3 min nəfər həlak olub

Ukraynanın şərqində silahlı münaqişə başlayandan üç min adam həlak olub. “İTAR-TASS”-ın verdiyi xəbərə görə, Birləşmiş Millətlər Təşkilatının insan hüquqları üzrə ali komissarı Zeyd bin Raad əl-Hüseyn məlumat verib.

Ölən insanlar arasında dinc sakinlərin, hərbçilərin təsnifatı aparılmayıb.

“Reuters” agentliyi iyulun 17-də Amsterdam Kuala-Lumpur istiqamətində uçan və Donetskdə qəzaya uğramış “Malaysia Airlines” şirkətinə məxsus təyyarədə həlak olanların da üç min nəfərin içərisində yer aldığını dəqiqləşdirib./apa/
1136 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
18.11.17, 11:58
İMAM RZA (Ə)
16.11.17, 08:44</