Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Sentyabr 2014

Natiq Ədilov baş verənlərə aydınılıq gətirdi

AXCP mətbuat xidmətinin rəhbəri, "Azadlıq" qəzetinin əməkdaşı Natiq Ədilov Facebook səhifəsində bu gün onunla bağlı yaranmış narahatçılığa aydınlıq gətirib:

Dəyərli dostlar, əziz yoldaşlar

Bu gün mənə görə keçirdiyiniz narahatlığa görə çox sağ olun, vəziyyət o qədər də dəhşətli deyil.

Baş verənlər budur: bizim balacanın səhəttində problem var, hələ Muradın həbsindən əvvəl onu müalicəyə aparmalıydıq. Murad tutuldu və həmin günün səhərisinə olan biletlərimizi ləğv etməli olduq.

Nəhayət, qərara gəldik ki, Tiflisə gedək və orda müayinə olsun. Qatara bilet aldıq. Böyük Kəsik stansiyasında sərhədçilər sənədləri yoxladılar və bildirdilər ki, sizin pasportun fəaliyyəti dayandırılıb. Camaatın bank hesabın dondururlar mənim pasportumu ))

Soruşdum, qardaşlar belə bir şey nə deməkdi, bu mənim başıma gəlib ya əvvəl də belə hal olub.

Dedilər, olub, sən tək deyilsən.

Tələb etdim ki, o zaman mənim qatardan endirilməyimlə bağlı akt verilsin. Verdilər. Orda da yazılır ki, pasport fəaliyyətsiz olduğu üçün sərhəddən buraxılmır.

Əlavə olaraq öyrəndim ki, pasportumla bağlı avqust ayından DİN belə bir göstəriş verib.

Bu hadisənin icmalı.

İndi isə gələk izaha.

Deməli belə çıxır ki, hələ ki, heç bir bəhanə olmasa belə hökumət məni nə vaxtsa tutmaq qərarı verib. Ona görə hər etimala qarşı belə qərar verilib ki, istəyəndə tutsunlar.

Yoxsa, hələ ki, heç bir cinayət ittihami irəli sürülməmiş şəxsin xarici pasportunu ləğv etmək nə deməkdir? Bu həbslərin planlı olduğunun sübutu deyilmi?

Nəhayət, mən soruşmaq istəyirəm: axı ilk gündən deyirəm, mənim azadlıqda olmağım hakimiyyəti narahat edirsə, niyə həbs edib bu problemdən qurtarmırlar. Nə vaxta qədər ailə, uşaq məsələsi ilə rəqiblərin üstünə gələcəksiniz?

Yaranan problemlə bağlı günü sabah nazir Usubova müraciətim olacaq, eyni zamanda vəkillərin iştirakı ilə məhkəmə iddası qaldıracağam./azadlıq/
1247 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı