Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Sentyabr 2014

Eldəniz Quliyev: “Söz azadlığına qarşı bir proses gedir”

Sentyabrın 8-i Nəsimi Rayon Məhkəməsində daxili işlər naziri Ramil Usubovun Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Eldəniz Quliyevdən şikayəti üzrə proses keçirilib. Məhkəmə prosesinə hakim Şəlalə Həsənova sədrlik edir. Ramil Usubov Eldəniz Quliyevin Cinayət Məcəlləsinin 147 və 148-ci (təhqir və böhtan) maddələri ilə cəzalandırılması üçün xüsusi ittiham qaydasında iddia qaldırıb.

İddiaya səbəb Eldəniz Quliyevin yol polisi barədə yazdıqları olub. Bir müddət əvvəl Eldəniz Quliyev “Feysbuk” səhifəsi vasitəsilə Ramil Usubova müraciət ünvanlayıb. Bəzi yol polisi əməkdaşlarının öz vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyini yazan Eldəniz Quliyev naziri konkret addımlar atmağa səsləyib.

Eldəniz Quliyev bu gün məhkəmədə iki vəsatət qaldırdıqlarını bildirib: “Ramil Usubovun vəkili vəsatət qaldırdı ki, “Feysbuk” statusumda gedən bəzi ifadələr məhkəmə linqvistik ekspertizasına təqdim olunsun. Məhkəmə vəsatəti təmin etdi.

Biz də Ramil Usubovun məhkəmədə iştirak etməsi haqda vəsatət qaldırdıq. Daha sonra linqvistik ekspertizaya ehtiyac olmadığı haqqında vəsatət verdik. Bizim vəsatətlər təmin edilmədi. Məhkəmənin ədalətli keçəcəyinə ciddi şübhələrim var. Təəssüf edirəm ki, söz azadlığına qarşı bir proses gedir. “Feysbuk” səhifəsində yazılan bir statusa görə insanı mühakimə etməzlər. Orada Ramil Usubov haqında bir kəlmə belə olsun aşağılayıcı ifadə yoxdur”./mediaforum/
972 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 09:10
40 dərdin dərmanı