Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Sentyabr 2014

Eldar Əzizovdan yeni hoqqa

Sumqayıtın meri ehsan verənlərə 400 manat pul cəzası kəsib

Bir müddət öncə Sumqayıt şəhərinin icra başçısı Eldar Əzizovun şəhərdə təmtəraqlı yas mərasimlərinin keçirilməsinə qadağa qoyması haqda məlumat vermişdik.

İcra başçısının müvafiq tapşırığından sonra icra hakimiyyətinin nümayəndələri şəhərdəki yas mərasimlərinə ciddi nəzarət edirlər.

Sakinlərin bildirdiyinə görə, bir neçə gün bundan öncə Sumqayıtda yas mərasimi keçirilən zaman icra nümayəndələri gələrək, mərasim üçün hazırlanmış yeməkləri, meyvə-tərəvəzi müsadirə edib uşaq evinə aparıblar. Bunu yasda iştirak edən insanlar da təsdiq ediblər.

Onlar bildiriblər ki, icra nüamyəndələri ev sahiblərindən bir nəfərin iştirakı ilə xörək qazanlarını Saray qəsəbəsində yerləşən 7 saylı internat evinə aparıblar.

İcra nümayəndələri yaslarda bu kimi halların qarşısını almaq üçün sakinlərə cərimə tətbiq edəcəklərini bildiriblər.

Onların sözlərinə görə, təmtəraqları yas mərasimlərinə görə, sakinlər 400 manat cərimələnəcəklər./jam/
944 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 18:1