Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Noyabr 2013

«Bandotdel»də inanclı şəxslərə işgəncə verilməsi aranı qatdı

Oktyabrın 13-də Mingəçevir şəhərinin M.Maqomayev prospektində yerləşən "Uşaq şəhərciyi"nin ərazisindəki çayxanada baş vermiş silahlı insidentlə bağlı bir neçə nəfər Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinin əməkdaşları tərəfindən Bakı şəhərində saxlanılıb.

Əldə etdiyimiz məlumatlara görə, saxlanılma zamanı hadisədə şübhəli bilinən 4 nəfər Mingəçevir şəhər sakini Məşədi Elsevər, Ruhi, Tural və Savalan adlı şəxslər "bandotdel"in əməkdaşları tərəfindən möhkəm döyülüblər. Bundan sonra onlar birbaşa Mingəçevir şəhərinə gətiriliblər. Saxlanılanların vəziyyətləri ağır olduğundan onlar əvvəlcə hazırda Mingəçevirin "Energetiklər" qəsəbəsində yerləşən Doğum evinin korpusunda fəaliyyət göstərən şəhər mərkəzi xəstəxanasına çatdırılıblar (Mingəçevir şəhər mərkəzi xəstəxanası əsaslı təmirə dayanıb – red.). İlkin yardımdan sonra saxlanılanlar polis və təcili və təxirəsalınmaz tibbi yardım maşınlarının müşayiətilə Mingəçevir şəhər Polis Şöbəsinə gətiriliblər. Polis Şöbəsinin qarşısında saxlanılan şəxslərin yaxınlarıyla polis əməkdaşları arasında qarşıdurma yaşanıb. Şöbə istiqamətinə gedən yol bir müddət polisin nəzarəti altında olduğundan nəqliyyatın və piyadaların hərəkəti məhdudlaşdırılıb.

Yaranan gərginlik zamanı Polis Şöbəsinin qarşısına toplaşanlardan iki nəfər həbs edilib.

Oktyabrın 13-də Mingəçevir şəhərinin M.Maqomayev prospektində yerləşən "Uşaq şəhərciyi"nin ərazisindəki çayxanada şəhərin Füzuli küçəsi, ev 2/5 mənzil 14-də yaşayan, 1970-ci il təvəllüdlü Oqtay Abduləli oğlu Mustafayev ilə 3 nəfər naməlum şəxs arasında insident baş vermişdi. Şəxsi münasibətlər zəminində baş verdiyi ehtimal olunan dava zamanı naməlum şəxs (ya şəxslər) ov tüfəngindən Oqtay Mustafayevə bir neçə dəfə atəş açmışdılar. Bədəninin müxtəlif nayihələrindən ağır xəsarətlər alan O.Mustafayev Mingəçevir şəhər mərkəzi xəstəxanasına yerləşdirilmişdi.
1960 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:24