Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Sentyabr 2014

Təcridxanada Leyla Yunusa hücum olub

Leyla Yunus kamerada cəza çəkən məhbusun ona hücum etməsi ilə bağlı şikayət edib, əvəzində özü töhmət alıb

Vəkil Fariz Namazlı 8 sentyabrda Bakı İstintaq Təcridxanasında hüquq müdafiəçisi Leyla Yunusla görüşüb. Vəkil Meydan TV-yə deyib ki, Leyla Yunusun bildirdiyinə görə, şənbə günü onunla bir kamerada saxlanılan, əvvəllər dəfələrlə məhkum olunmuş Nuriyyə Hüseynova heç bir əsas olmadan Leyla Yunusa qarşı hücuma keçib, ona hədə qorxu gəlib, onu nalayiq sözlərlə təhqir edib, əlinə keçən əşyaları Leyla Yunusa atıb. Leyla Yunus kameranın qapısını döyərək köməyə adam çağırıb, 5 dəqiqə sonra kameranın qapısı açılıb, nə baş verdiyi soruşulub. Leyla Yunus ona hücum edildiyini bildirib, rəhbərliklə görüşməyi tələb edib, lakin təcridxana əməkdaşları ona məhəl qoymayıblar. 15 dəqiqə sonra yenidən əməkdaşlar kameranın qapısını açıb və Leyla Yunusa 1-ci gün rəhbərlik tərəfindən qəbul ediləcəyini bildiriblər. Bu müddət ərzində də Nuriyyə Hüseynova ona qarşı təzyiqlərini davam etdirib, kamera qapısı açılanda isə o sakit dayanır, qapı bağlanan kimi öz hərəkətlərinə davam edirdi.

Leyla Yunusu 3 mayor qəbul edib, 3 səhifəlik izahat yazıb, Nuriyyə Hüseynovanın ona qarşı fiziki və mənəvi təzyiqlər etdiyini bildirib, halı pis olduğuna görə dərman istəyib, lakin ona dərman verilməyib.

Ertəsi gün Leyla Yunusa bildiriblər ki, o, kameranın qapısını əsassız yerə döydüyünə, içəridə səs-küy saldığına görə ona töhmət verilib və qərara imza atmalı olduğunu tələb ediblər. Leyla Yunus ona töhmət verilməsinə etirazını bildirib, özünün hücuma məruz qaldığını və buna görə kameranın qapısını döyərək köməyə adam çağırdığını bildirib və qərara imza atmaqdan imtina edib.

Leyla Yunus Cinayət Məcəlləsininin “dövlətə xəyanət”, “vergidən yayınma” daxil olmaqla 6 maddəsi ilə (274, 178.3.2, 192.2.2, 213.2.2, 320.1 və 320.2,) ittiham irəli sürülüb. O, bu ittihamları qəbul etmir.
920 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
<