Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Sentyabr 2014

Xırdalanda xilasetmə əməliyyatı başa çatdı

Partlayış baş verən binanın dağıntıları altından 8 yaşlı qızın cəsədi çıxarılıb.

Xırdalanda dağıntılar altından çıxarılanların sayı 12-yə çatıb. Beləliklə xilasetmə işləri yekunlaşıb. Fövqəladə Hallar Nazirliyinin xilasediciləri saatlarla davam edən axtarış əməliyyatları nəticəsində 2006-ci il təvəllüdlü Aydan Abbasovanın cəsədini dağıntılar arasından çıxarıblar. Meyit aidiyyatı üzrə təhvil verilib.

Beləliklə partlayış baş verən binada ölənlərin sayı 3-ə çatıb. 9 nəfər isə müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, avqustun 8-i səhər saatlarında Xırdalan şəhəri, 26-cı məhəllədə məcburi köçkünlərin məskunlaşdığı 4 mərtəbəli binadakı mənzillərdən birində güclü partlayış baş verib. Nəticədə binanın bir blokunun 3 mərtəbəsi çöküb./apa/


1212 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber