Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Sentyabr 2014

Timoşenko növbəti inqilaba hazırlaşır

Novorossiya adlanan qurumun Xalq Cəbhəsinin lideri Aleksandr Zinçenko Batkivşina partiyasının sədri Yulya Timoşenkonun Ukraynada Yeni Maydan inqilabına hazırlaşdığını iddia edib.

Layf Nyus (Life News) telekanalına istinadən verdiyi xəbərə görə, o, Timoşenkonun bunun üçün ölkənin təhlükəsizlik orqanı əməkdaşları və güc strukturu nümayəndələri ilə danışıqlar apardığını dilə gətirib. Zinçenko deyib ki, keçmiş baş nazir həmin şəxslərə rüşvət də təklif edib. Onun sözlərinə görə, növbəti inqilab sürətlə regionlara yayıla və milyonlarla ölkə vətəndaşını birləşdirə bilər.

Batkivşina liderinin belə hədəfinin olduğunu Ali Radanın deputatı Yelena Bondarenko da təsdiqləyib.

Bəzi siyasi analitiklər isə Timoşenkonun təkrar siyasi olimpə qalxacağını real saymayıblar./axar/
864 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı