Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Noyabr 2013

Ziya Məmmədovun “qoçuları” sabiq deputatın qardaşını soyub

Nazim Məmmədovun qardaşına məxsus maşından 5 min pul və sənədlər götürülüb

Özlərini “nəqliyyat müfəttişləri” kimi aparan şəxslər Tovuz rayonunun sakininə qarşı qanunsuz və kuryoz hərəkətə yol veriblər. Bu barədə musavat.com-a sabiq deputat, iqtisadçı Nazim Məmmədov bildirib.
Sabiq deputatın sözlərinə görə, həmin şəxs onun rayonda yaşayan doğma qardaşıdır. Onun iş adamı olan qardaşı Tovuzdan Bakıya qohumlarının toyunda iştirak etmək üçün gəlibmiş. O, “Mersedes-Vita” markalı avtomobili ilə geri qayıdanda Lökbatan dairəsində dayanıb, içməyə su alıb, yerinə əyləşəndə bir nəfər onun yanına oturub, hara getdiyini soruşub, “Tovuza” cavabı alınca onu da o istiqamətə aparmağı xahiş edib. Sürücü “yox” cavabı versə də, həmin adam maşının saxlanc qutusunda onun sənədlərini və 5 min manat pulunu götürərək qaçıb.
N.Məmmədov bildirir ki, qardaşına qarşı bu aşkar soyğunçuluğu edənlər 3-4 nəfər olublar. Onları yaxınlıqdakı polislər də görüb. Polislər bu olaya qarışmaq istməyərək deyiblər ki, o şəxslər nəqliyyat müfəttişləridir və polislər onların işinə qarışmırlar, ən yaxşısı DIN-in “102" xidmətinə zəng etməkdir.
N.Məmmədov qeyd edir ki, o, bu olayla bağlı nəqliyyat nazirinin müavininə, DIN-ə zəng edərək xəbər verib, bu biabırçılığın araşdırılmasını istəyib: “Hazırda qardaşım Qaradağ polisində izahat yazır”./azadlıq/
2001 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
01.12.16, 23:41
Rusiyadan S-400 aç