Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Sentyabr 2014

Qarabağ əlilləri fəryad edir

«Bizi insan yerinə qoyan yoxdur; məmurlar bizə qənim kəsilib»

Bir qrup Qarabağ müharibəsi əlili dövlət başçısı Ilham Əliyevə ünvanladığı müraciətin surətini “Azadlıq”a da göndərib. Müraciəti Loğman Paşayev, Məhərrəm Əliyev, Yaşar Həziyev və daha 27 nəfər imzalayıb. Problemlərinin həllinə nail olmaq üçün bir daha “Azadlıq” vasitəsilə dövlət başçısından yardım istəyən Qarabağ qaziləri müraciətdə yazır:

“Qarabağ Əlilləri Cəmiyyətinin Suraxanı rayon şöbəsinə təsərrüfat fəaliyyətilə məşğul olmaq üçün Bakı Şəhər Icra Hakimiyyəti tərəfindən torpaq sahəsi ayrılıb. 2001-ci ildə Qarabağ Əlilləri Cəmiyyəti fəaliyyətini dayandırandan sonra onun hüquqi varisi kimi, ”Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri" Ictimai Birliyi yaradıldı. Bu birlik orada təsərrüfat işi apara bilməyib və Suraxanı rayonu, Hövsan qəsəbəsinin şimal-qərbində 3,839 hektar torpaq sahəsinə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarış alınıb. Sonra isə cəmiyyət üzvləri arasında bölünüb. Qərara alınıb ki, orada Qarabağ müharibəsi əlilləri kiçik də olsa, özlərinə ev tiksin.

Təəssüf ki, Suraxanı icra hakimiyyəti və Bakı Şəhər Icra Hakimiyyəti bu işə imkan vermədi. Tikdiyimiz tikintiləri dəfələrlə Suraxanı rayonunun icra orqanları söküb. Baxmayaraq ki, rayonda kifayət qədər qanunsuz tikintilər var. Torpaqlarımızın ərazi bütövlüyü uğrunda əllərini, ayaqlarını itirən, əlil arabasında ömür keçirən, son dərəcə ağır vəziyyətdə olan insanlara tikinti aparmağa imkan verilmir. Bizi insan yerinə qoyan yoxdur. Bu məmurlar bizə qənim kəsilib. Biz 5 mart 2014-cü ildə Qarabağ Qaziləri və Vətən Müharibəsi ictimai birliklərinin rəhbərlərilə birgə Bakı Şəhər Icra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovla görüşdük. O, bizim yanımızda Suraxanı icra başçısıyla telefon əlaqəsi yaratdı və ona müvafiq tapşırıq verdi. Lakin o vaxtdan indiyədək yollarda qalmışıq. Bizi düşmən gülləsi sındıra bilmədi, lakin bəzi məmurlar bizi aşağılamaqla mənəvi əziyyət verirlər. Məcburuq ki, özümüzə qəsd edək. Bizim səsimizi eşidin, kömək edin".
926 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı