Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Sentyabr 2014

İmam Rza (ə) ziyarətgahının bayrağı Bakıya gətirilib - Foto

Müqəddəs ziyarətgahı təmsil edən bayraq Moskvadan sonra Bakıya gətirilib

Müsəlmanların səkkizinci imamı Əli ibni Musa Rzanın (ə) ziyarətgahını təmsil edən bayraq o həzrətin doğum günündə Azərbaycana gətirilib.

İnterAz xəbər verir ki, İmam Rzanın (ə) məqbərəsi üstündə dalğalanan bayraq Moskva şəhərinə aparıldıqdan sonra Bakıya gətirilib.

İmamın ziyarətgahının idarə heyəti Bakıya səfəri çərçivəsində Bibi-Heybət və Nardaran ziyarətgahlarında Həkimə və Rəhimə xanımların məqbərələrində olublar.

Bakıya gələn qonaqları, Qafqaz Müsəlanları İdarəsinin sədr müavini Hacı Salman və İran səfiri Möhsün Pak Ayin də qarşılayıblar.

Qeyd edək ki, İmam Rza ziyarətgahının simvolu hesab edilən bayraq hər il “Kəramət Günləri” adlanan günlər ərəfəsində müxtəlif ölkə və şəhərlərə göndərilir.




1049 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber