Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Sentyabr 2014

"Bəsdir, bizi öldürün"

İŞİD-in əsiri olan 40 qız: "Bəsdir, bizi öldürün"

"Onlar başlarımıza gətirdiklərini ata-anamıza danışmağa vadar edirlər. Həyatımız cəhənnəmdir. Ölmək istəyirik. Mümkün qədər tez ölmək. Bundan sonra yaşaya bilmərik. Bizi zorlayanlara yalvardıq, bizi öldürmələrini istədik. Amma öldürmədilər. Dedilər ki, qiymətli əsirlərik".

15 yaşlı qız "İraq və Şam İslam Dövləti" (İŞİD) qruplaşmasının İraqın Sincar şəhərini ələ keçirərkən əsir aldığı yüzlərlə yezidilərdən biridir.

40 yezidi qız hər gün İŞİD terrorçularının təcavüzlərinə məruz qalır.

The Daily Telegraph bildirir ki, 4 həftədən bəri əsirlikdə olan bu yezidi qızlar dəhşətli işgəncələrə, təcavüzlərə məruz qalırlar.

İŞİD terrorçuları bu binəvalara İtaliyanın La Repubblica qəzetinin reportyoru ilə mobil telefon vasitəsilə danışmağa icazə veriblər.

"İŞİD bu minvalla əsirlərinin məruz qaldıqları əzablardan bütün dünyanın xəbər tutmasını istəyir. Qorxu və xof bu terror təşkilatının fəaliyyət taktikasıdır", - La Repubblica yazıb.

Qəzetə açıqlama verən qızın mobil telefonunu jurnalistlərə onun valideynləri vermişdilər.

"Qızımız bizə zəng vurur, ağlayır, qışqırır, əzabdan qıvrılır və bütün bunların hamısını eşidirik. O lənətə gəlmişlər bizə mümkün qədər əzab verməyə çalışırlar. Yalvardıq ki, ya qızı buraxsınlar, ya da öldürsünlər. Qulaq asmadılar. Onların ürəyi daşdır. Onlar insan deyillər", - zorlanan qızın anası deyib./milliaz/
959 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı