Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Sentyabr 2014

Yardımlıda sosial yardım biabırçılığı

Səlim Müslümovun tələbə yoldaşı olan Adil Mahmudov icra başçısı Sevindik Hətəmova aylıq haqq verirmiş

Rayonlarda imkansız ailələrin əsas ümid yerlərindən biri olan ünvanlı sosial yardım hələ ki, real sahibinə çatmayıb. Belə davam edərsə, 100 il sonra da çatacağına kimsə ümid eləmir. Çünki Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerli qurumları daha çox yoxsulların taleyi ilə oynayırlar. Eyniylə Yardımlı rayonunda olduğu kimi.

Yardımlı Sosial Müdafiə Mərkəzinin direktoru Adil Mahmudov ünvanlı sosial yardım bazarı açıb. Belə ki, hazırda rayonda ünvanlı sosial yardım almaq üçün direktora 1000 manat verilməlidir. Bir az imkanlı adama daha böyük məbləğ yazılması üçün isə 3000 manata qədər rüşvəti qaldırmaq lazım gəldiyi deyilir.

Məlumatda deyilir ki, əgər əvvəllər 50/50-yə, yəni “6 ay sənin, 6 ay mənim” prinsipi ilə işləyirdilərsə, Adil Mahmudov direktor təyin ediləndən sonra məsələ nağdlaşdırlıb. Mərkəz direktorunun bütün qohumları hamısı ünvanlı sosial yardımla təmin olunub. “Siyahıya baxsanız, onların adlarını görə bilərsiniz. Üstəlik, rayonda ünvanlı sosial yardım alanların 80 faizə qədəri saxta sənədlə bu imkana sahib olublar. Onların arasında bahalı maşını, 3 mərtəbəli evi, onlarla mal-qarası olanlar belə var”.

Qeyd edilir ki, Adil Mahmudovun belə əl-ayaq açması iki səbəblə bağlıdır. Yardımlı SMM-in direktoru nazir Səlim Müslümovla tələbə yoldaşıdır. Onun sayəsində kimsə ona söz deyə bilmir. İkinci amil isə Yardımlının icra başçısı Sevindik Hətəmov göstərilir. İddia edilir ki, icra başçısı rayonda abadlıq-quruculuq işlərinin aparılması adı altənda bütün idarə və müəssisə rəhbərilərindən aylıq pul yığır. O cümlədən SMM-dən. Hətta o da iddia edilir ki, Adil Mahmudov bir çox yerlərdə deyir ki, aldığı pulların böyük qismini Sevindik Hətəmova verir./jam/
853 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı