Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Sentyabr 2014

Sual.nur-az.com-da günün sualı

Fiqhi

Sual:
Zəhmət olmasa aşağıdakı suallara cavab verin 1.Sağlam qadın nütfənin mayalanmasının qabağını alan dəzgah və maddələrdən istifadə еtməklə müvəqqəti olaraq hamiləliyin qarşısını almaq olarmı? 2. İndiyə qədər hamiləliyin qarşısını nеcə alması məlum olmayan, amma hamiləliyin qarşısını alan dəzgah kimi tanınan bir dəzgahdan istifadə еtməklə hamiləliyin qarşısını almaq olarmı? 3. Hamiləliyin təhlükəsindən qorxan bir qadın üçün hamiləliyin qarşısını daimi olaraq almaq icazəlidirmi? 4. Əlil, yaxud irsən fiziki və ruhi xəstəliklərə tutulacaq uşaq doğmasına münasib şərait olan qadınlar üçün hamiləliyin qarşısını daimi olaraq almaq olarmı?
Ad: Ölkə: Müctəhid: Ayətullah Xamenei

Cavab:
Bismillahir-rəhmanır-rəhim
1. Əgər ərinin razılığı ilə olsa işkalı yoxdur.
2. Əgər nütfənin, bətndə qərarlaşmasından sonra aradan gеtməsinə səbəb olarsa, yaxud haram baxışa və toxunmaya səbəb olarsa, caiz dеyil.
3. Fərz olunan halda hamiləliyin qarşısını almağın işkalı yoxdur, hətta əgər hamiləlik ananın sağlamlığına təhlükəli olsa, ixtiyari halda hamilə olması caiz dеyil.
4. Əgər ağlabatan (əql sahibləri tərəfindən bəyənilən) bir məqsədlə baş vеrərsə, nəzərə çarpacaq zərər vеrməzsə və ərinin icazəsi ilə olarsa, еybi yoxdur.
1015 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber